İran 11 gəmini Hörmüz boğazından keçidə görə qara siyahıya saldı
İran Hörmüz boğazından müəyyən edilmiş qaydaları pozaraq keçməyə cəhd edən daha 11 gəmini qara siyahıya daxil edib.
Crossmedia.az xəbər verir ki, İranın Hörmüz boğazından keçidə nəzarət üçün yaratdığı Fars körfəzinə nəzarət idarəsi (PGSA) bu barədə məlumat yayıb.
PGSA-nın saytında yayılan məlumata görə, son qərardan sonra qara siyahıya salınan gəmilərin ümumi sayı 56-ya çatıb. İranın protokollarını pozan gəmilərin gələcəkdə boğazdan keçməyə cəhd edəcəyi təqdirdə cərimə, saxlanılma və ya müsadirə ilə üzləşə biləcəyi bildirilib.
Məlumata görə, qara siyahıya daxil edilmiş gəmilərlə əməkdaşlıq edən digər gəmilər də siyahıya salına bilər.
12:41 03.09.2026
Oxunuş sayı: 38