Putin: Rusiya və İndoneziya strateji tərəfdaşlığı inkişaf etdirir
Rusiya və İndoneziya strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin XI Şərq İqtisadi Forumunun keçirildiyi Vladivostokda İndoneziya Prezidenti Prabovo Subianto ilə görüşüb. Putin bildirib ki, Subianto ilə bu il artıq ikinci dəfə görüşür. Onun sözlərinə görə, iki lider arasındakı şəxsi münasibətlər ölkələr arasında əlaqələrin həqiqətən strateji xarakterini də əks etdirir.
Rusiya Prezidenti İndoneziyanı Cənub-Şərqi Asiyada Rusiyanın əsas tərəfdaşlarından biri adlandırıb.
12:39 03.09.2026
Oxunuş sayı: 35