Putin: Ukrayna ilə razılaşma mümkündür
Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunması üçün şansların olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə görüşməyə hazır olduğunu, lakin bundan əvvəl Rusiya və Ukraynanın razılaşmaya nail olmalı olduğunu bildirib.
Putindən bu ssenarini mümkün hesab edib-etmədiyi soruşulub. Rusiya prezidenti bunun üçün şansların olduğunu deyib.
“Bu, düzgün yanaşma deyilmi? Məncə, düzgündür. İlk növbədə Rusiya və Ukrayna öz aralarında razılığa gəlməlidir. Digər ölkələr dəstək göstərməyə hazırdır və buna görə onlara minnətdarıq”, - Putin bildirib.
Tramp isə daha əvvəl Putinlə görüşü tərəflərin sülh razılaşmasına hazır olacağı vaxta keçirmək istədiyini deyib. O, görüşün istənilən halda qısa müddətdə təşkil edilə biləcəyini bildirib.
12:34 03.09.2026
Oxunuş sayı: 39