Türkiyənin dəstəyi Bosniya ordusunun modernləşdirilməsində rol oynayır
Türkiyənin müdafiə sahəsində göstərdiyi dəstək Bosniya və Herseqovinanın Silahlı Qüvvələrinin modernləşdirilməsində mühüm rol oynayır.
Crossmedia.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Heleç bunu Sarayevoda keçirilən “Balkan Shield” müdafiə sərgisi çərçivəsində keçirilən görüşlər zamanı bildirib. Heleç Türkiyənin Milli Müdafiə nazirinin müavini Salih Ayhan, “ASELSAN” şirkətinin baş direktorunun müavini Zəkəriyyə Şahin, “BMC Otomotiv” şirkətinin baş direktoru Lütfi Balık və Türkiyə tərəfinin digər nümayəndələri ilə görüşüb. Bosniya və Herseqovinanın müdafiə naziri ölkəsinin Türkiyədən “Kirpi II” zirehli texnikaları əldə etdiyini xatırladıb.
Bundan əlavə, tərəflər pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinin tədarükü ilə bağlı saziş imzalayıblar.
12:27 03.09.2026
Oxunuş sayı: 41