Putin: “Doğum səviyyəsi əsas çağırışlardan biridir”
Rusiya Prezidenti Vladimir Putin ölkədə doğum səviyyəsinin aşağı olmasını ən mühüm çağırışlardan biri adlandırıb.
Crossmedia.az xəbər verir ki, Putin bu barədə Şərq İqtisadi Forumunda (VƏF 2026) çıxışı zamanı danışıb.
O, demoqrafik vəziyyətin Rusiya üçün prioritet məsələlərdən biri olduğunu vurğulayıb. Rusiya hakimiyyəti son illərdə ölkədə doğum səviyyəsinin artırılmasını əsas sosial və demoqrafik hədəflər sırasında göstərir.
Putin daha əvvəl də doğum əmsalının yüksəldilməsinin vacibliyini qeyd edib. 2025-ci ilin yekunlarına görə Rusiyada ümumi doğum əmsalı 1,374 təşkil edib.
Qeyd edək ki, Rusiyada əhalinin sadə şəkildə nəsilləri əvəz etməsi üçün tələb olunan doğum əmsalı 2,1 uşaq səviyyəsi hesab olunur.
11:23 03.09.2026
Oxunuş sayı: 38