Moskva hava limanında uçuşlara məhdudiyyət qoyuldu
Moskvanın Domodedovo hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Crossmedia.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bu barədə məlumat yayıb.
Məhdudiyyətlər Moskva vaxtı ilə saat 08:52-də uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qüvvəyə minib.
Paytaxtın digər hava limanı Şeremetyevo isə uçuşları aidiyyəti qurumlarla razılaşdırılmaqla qəbul edir və yola salır. Sərnişinlərə uçuş cədvəllərində dəyişikliklər ola biləcəyi barədə xəbərdarlıq edilib.
Bundan əvvəl Moskva meri Sergey Sobyanin Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukraynaya məxsus 10 pilotsuz uçuş aparatını vurduğunu açıqlamışdı. Düşən PUA qalıqlarının olduğu ərazilərdə fövqəladə hallar xidmətlərinin mütəxəssisləri işləyir.
10:36 03.09.2026
Oxunuş sayı: 51