Ruslara daha çox İŞLƏMƏK TƏKLİFİ edilir – səbəb nədir?
Rusiyada 2026-cı ilin ilk səkkiz ayında işəgötürənlərin artıq iş saatlarını nəzərdə tutan vakansiyalarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 27 mini keçib.
Crossmedia.az xəbər verir ki, “İzvestiya” bu barədə hh.ru-nun məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, artıq işlə bağlı tələblərin ən çox yer aldığı vakansiyalar ticarət sektoruna aiddir. Belə elanların hər altıncısında işçinin normadan artıq çalışması ilə bağlı qeyd yer alıb.
Ağır maşınqayırma sahəsindəki vakansiyaların 12 faizində, elektronika və tikinti sektorlarında isə hər birində 8 faizində artıq işlə bağlı tələblər qeyd olunub.
Milyonlarla işçi normadan artıq çalışır
Rusiyanın Əmək Nazirliyinin Ümumrusiya Əmək Elmi-Tədqiqat İnstitutunun məlumatına əsasən, 2026-cı ilin aprel-iyun aylarında 2,4 milyon Rusiya vətəndaşı həftəlik 40 saatlıq normadan artıq işləyib.
Mütəxəssislər bildirirlər ki, əmək yükünün artmasına müəssisələrin xərclərinin yüksəlməsi də təsir göstərir. KMEPT Karyera Mərkəzinin rəhbəri Valentina Kiosya qeyd edib ki, bəzi şirkətlər yeni əməkdaşlar axtarmaq əvəzinə əlavə tapşırıqları artıq çalışan işçilər arasında bölüşdürməyə başlayıblar.
Bu tendensiya Rusiyanın əmək bazarında işçi çatışmazlığının və müəssisələrin mövcud kadrların üzərinə daha çox vəzifə qoymasının göstəricilərindən biri kimi qiymətləndirilir.
10:05 03.09.2026
Oxunuş sayı: 43