İndoneziya Rusiyaya doğru YENİ ADDIM atır
İndoneziya prezidenti Prabovo Subianto Cakarta ilə Moskva arasında münasibətlərin daha da möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Subianto bu barədə Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşündə danışıb.
İndoneziya prezidenti Rusiyanı ölkəsinin mühüm tərəfdaşı adlandırıb və iki dövlət arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, İndoneziya ilə Rusiya arasında münasibətlər ötən il strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Subianto həmçinin dəniz sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Putin isə görüş zamanı İndoneziyanı Rusiyanın Cənub-Şərqi Asiyadakı əsas tərəfdaşlarından biri kimi qiymətləndirib.
İndoneziya prezidentinin Vladivostoka səfəri Şərq İqtisadi Forumunda iştirakı ilə bağlıdır. O, forumda əsas fəxri qonaq kimi iştirak edir. İndoneziya prezidentinin Rusiya ilə iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etməsi gözlənilir.
09:54 03.09.2026
Oxunuş sayı: 45