Qalibaf ABŞ-ni böyük şeytan adlandırıb
Bu gün İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ-nin İrana endirdiyi son zərbələrə sərt reaksiya verib.
Crossmedia.az xəbər verir ki, Qalibaf “X” hesabında paylaşım edərək Minabdakı məktəbə, Lamerdəki idman zalına və Hörmüzqan əyalətinin Sirik şəhərinin Kuhestək bölgəsində toy mərasiminə endirilən zərbələri xatırladıb.
O, həmin hadisələr zamanı uşaqların da öldüyünü bildirib.
“Minab məktəbi: uşaqlar qətlə yetirildi. Lamerd idman zalı: uşaqlar öldürüldü. Kuhestakdakı toy mərasimində isə uşaqlar ailələri ilə birlikdə öldürüldü”, – deyə Qalibaf yazıb.
İran parlamentinin sədri daha sonra ABŞ-ni sərt ifadələrlə ittiham edib:
“Əgər bir güc şeytan kimi davranır, hədəfləri onun kimi seçir və şeytan kimi öldürürsə, deməli, o, şeytandır. Daha kiçik bir Şeytanı qoruyursa və o da eyni şəkildə davranırsa, deməli, söhbət Böyük Şeytandan gedir”.
22:40 02.09.2026
Oxunuş sayı: 45