Aİ rəsmisi Qara dənizlə bağlı mövqeyini açıqlayıb
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsini dəstəklədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kallas bu açıqlamanı Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirildiyi İrlandiyanın Uiklou şəhərində mətbuat konfransı zamanı verib.
O, mövqeyini Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının bərpa olunmasına töhfə vermək istəyi ilə əsaslandırıb.
22:30 02.09.2026
Oxunuş sayı: 46