Almaniya Rusiyanı təxribatlarda günahlandırır
Almaniyada son illər Rusiyanın kiberhücumlar, təxribat cəhdləri və dezinformasiya əməliyyatlarında iştirakı ilə bağlı ittihamlar getdikcə artır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Avqustun 4-də Leypsiq-Halle hava limanında partlayıcı maddə daşıdığı bildirilən pilotsuz uçuş aparatının (PUA) aşkarlanması Berlinin Moskvaya qarşı ittihamlarını daha da sərtləşdirib.
Almaniya hakimiyyəti Rusiyanın yalnız kiberhücum və dezinformasiya ilə deyil, həm də kritik infrastruktur və hərbi obyektlərə qarşı yönələ biləcək təxribat fəaliyyətləri ilə məşğul olduğunu iddia edir.
Bununla belə, Almaniya rəsmilərinin müxtəlif insidentlərlə bağlı açıqlamalarında Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinə diqqət çəkilsə də, bəzi hallarda bu hadisələrin Rusiya ilə əlaqəsi hələ sübuta yetirilməyib.
22:20 02.09.2026
Oxunuş sayı: 56