İran rialının dəyəri görünməmiş həddə düşüb
İran rialı dollar qarşısında tarixi minimuma geriləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Dolların sərbəst bazardakı məzənnəsi 2,2 milyon rialı, yəni 220 min tüməni ötüb.
Rial mart ayından bu yana təxminən 60 faiz dəyər itirib. Milli valyutanın kəskin ucuzlaşması ölkədə ərzaq, dərman və idxal məhsullarının qiymətlərinin artmasına səbəb olur.
21:30 02.09.2026
Oxunuş sayı: 50