Keçmiş Ukrayna rəsmisi hərbçilərə dəstək verib
Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Kirill Budanov Kiyevdə baş verən atışmadan sonra keçmiş tabeliyində olan hərbçilərin mövqeyini dəstəkləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Budanov bildirib ki, Heç kimin hərbçiləri cəzasız şəkildə oğurlamağa, şəhərlərimizin küçələrində atəş açmağa, cinayətkar əmrlər verməyə və onları icra etməyə haqqı yoxdur.
“Strana” nəşri onun açıqlamasını keçmiş tabeliyində olan hərbçilərin tərəfini tutması kimi qiymətləndirib. Nəşr, həmçinin Kiyevdəki qarşıdurmanın Budanovla Ukrayna Təhlükəsizlik Xidmətinin sədrinin səlahiyyətlərini icra edən Poklad arasında uzun müddətdir davam edən qarşıdurma ilə əlaqəli ola biləcəyini yazıb.
21:06 02.09.2026
Oxunuş sayı: 50