Şeremetyevoda yeni mərhələ: dövlət payı əldən çıxır
Rusiyanın maliyyə nazirinin müavini Aleksey Moiseyev Şeremetyevo hava limanındakı dövlət payının satışının ilin sonuna yaxın həyata keçirilə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “İnterfaks” bu barədə məlumat yayıb.
Moiseyev bu barədə Şərq İqtisadi Forumunun (EEF-2026) kənarında jurnalistlərə açıqlamasında danışıb.
Qeyd edək ki, Rusiyanın Şeremetyevo hava limanında dövlətə məxsus payı təxminən 30 faiz təşkil edir.
12:35 02.09.2026
Oxunuş sayı: 66