Gecə saatlarında İranda partlayış səsləri – təfərrüatlar üzə çıxdı
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində SEPAH-a aid hərbi hədəflərə qarşı yeni zərbə dalğasının həyata keçirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)" bu barədə məlumat yayıb.
CENTCOM-un məlumatına görə, zərbələr SEPAH-ın Hörmüz boğazında kommersiya gəmilərinə və ABŞ hərbçilərinə qarşı həyata keçirdiyi son hücum cəhdlərinə cavab olaraq endirilib.
Əməliyyat zamanı SEPAH-a məxsus hava hücumundan müdafiə sistemləri, radar qurğuları, dəniz vasitələri və infrastrukturu, mina yerləşdirmə imkanları, eləcə də rabitə obyektləri hədəfə alınıb.
İran mediası isə ölkənin cənubunda bir sıra ərazilərdə partlayışlar barədə məlumat yayıb. Qeşm adası, Bəndər Abbas, Sirik, Çabahar və Konərəkdə partlayış səslərinin eşidildiyi bildirilib.
Bundan əlavə, İranın əsas enerji və neft-kimya mərkəzlərindən biri olan Əsəluyədə də güclü partlayış səsinin eşidildiyi bildirilib.
11:44 02.09.2026
Oxunuş sayı: 67