Ukrayna gündəmi onları yenidən bir araya gətirir
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio Ukrayna ətrafındakı vəziyyətlə bağlı mövqelərini mütəmadi olaraq dəqiqləşdirirlər.
Crossmedia.az xəbər verir ki, "RİA Novosti" bu barədə məlumat yayıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, tərəflər əlaqələri davam etdirməyin vacibliyini anlayırlar.
Zaxarova qeyd edib ki, Lavrov və Rubio Ukrayna məsələsi ilə yanaşı, ikitərəfli münasibətləri və beynəlxalq gündəmin müxtəlif aspektlərini də müzakirə edirlər.
Diplomatın sözlərinə görə, tərəflər zərurət yarandıqda telefonla əlaqə saxlayır, həmçinin şəxsən görüşürlər.
Zaxarova həmçinin bildirib ki, Ukraynalı siyasətçilər ölkənin mədəniyyətinin dağıdılmasını və müstəqilliyinin itirilməsini gizlətmək məqsədilə milli simvollardan açıq şəkildə istifadə ediblər.
Qeyd edək ki, sentyabrın 2-də Zaxarova Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində “Qlobal Cənubun rəqəmsal suverenliyi: tərəfdaşlıq üçün yeni imkanlar” sessiyasında iştirak edib. Forum sentyabrın 1-dən 4-dək keçirilir.
Bundan əvvəl Krımda Ukraynanın əsl müstəqilliyə malik olmadığı bildirilib.
11:09 02.09.2026
Oxunuş sayı: 66