Kiyevdə hərbi depo vurulub
Kiyevdə hərbi yüklərin daşınmasında istifadə olunan lokomotiv parkının əsas texniki xidmət məntəqələrindən biri olan “Darnitsa” deposu vurulub.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri həmçinin Çernomorsk limanında Ukrayna Silahlı Qüvvələrinə məxsus əmlakın saxlandığı anbarlara zərbələr endirib.
Hadisələr nəticəsində dəyən zərərin həcmi barədə əlavə məlumat verilməyib.
10:37 01.09.2026
Oxunuş sayı: 43