Peskov Avropaya sərt xəbərdarlıq edib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin yaxşılaşması üçün hazırda heç bir əsas görmədiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“Hazırda Avropa ilə münasibətlərimizin yaxşılaşacağına ümid etmək üçün heç bir əsas görmürəm. Hakimiyyətdə olan indiki siyasətçilər və siyasətçi nəsli qarşıdurma mövqeyindədir. Həm də bunu yalnız sözlə deyil, əməlləri ilə də göstərirlər”, – deyə Peskov bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri hərbi potensiallarını tam şəkildə səfərbər edir və onları Rusiyaya qarşı yönəldirlər. Peskov həmçinin Avropanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirak etdiyini iddia edib.
23:45 29.08.2026
Oxunuş sayı: 65