Bu, manipulyasiyadır - Moskva İrəvanın iddiasını rədd etdi
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın bəzi kənd təsərrüfatı məhsullarının Rusiyaya idxalına qoyulan məhdudiyyətləri Moskvanın sanksiyaları kimi təqdim etməsini manipulyasiya adlandırıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, bu məhdudiyyətlərin siyasi sanksiyalarla əlaqəsi yoxdur. Onun sözlərinə görə, qərarlar Rusiyanın fitosanitar tələblərinə əsaslanır və məhsulların keyfiyyətinə, pestisidlərə, istifadə olunan xammala və tədarüklərin izlənə bilməsinə nəzarəti nəzərdə tutur.
Qaluzin həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi daha əvvəl bəzi məhsulların keyfiyyəti ilə bağlı problemlərin olduğunu özü də etiraf edib.
20:50 29.08.2026
Oxunuş sayı: 59