ABŞ İranın yeganə idxal kanalı ilə əlaqələrinə mane olur
İranla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət ABŞ sanksiyalarının sərtləşdirilməsi fonunda təhlükə altına düşüb.
Crossmedia.az xəbər verir ki, “Financial Times” məlumatına görə, Dubay onilliklər ərzində İran üçün mühüm kommersiya mərkəzi rolunu oynayıb, ölkəyə maliyyə xidmətləri, ticarət imkanları və qlobal bazarlara çıxış təqdim edib.
Nəşrin məlumatına görə, Yaxın Şərqdə müharibənin başlamasından sonra İranın cavab hücumlarından ən çox zərər çəkən ölkələrdən biri BƏƏ olub.
Bu vəziyyət fonunda BƏƏ ötən həftə İranla bütün ticarət, mübadilə və maliyyə əməliyyatlarını dayandırdığını açıqlayıb.
20:40 29.08.2026
Oxunuş sayı: 52