Tramp CNN-i sərt tənqid edib
ABŞ Prezidenti Donald Tramp ˝CNN˝ telekanalını aşağı reytinqlərinə görə tənqid edərək kanalın “ölüm spiralı”na düşdüyünü bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, ˝CNN˝ və ˝MS NOW˝-a sözün əsl mənasında heç kim baxmır.
Bununla belə, o, ˝CNN˝-in siyasi analitiki Harri Enteni ayrıca tərifləyib və onun Trampın yüksək populyarlığını göstərən məlumatları təqdim etməkdən çəkinmədiyini vurğulayıb.
ABŞ prezidenti ˝CNN˝-in yeni rəhbərlik və aparıcıların köməyi ilə dəyişdirilə biləcəyini də deyib. Onun fikrincə, güclü brendi tamamilə məhv etmək mümkün deyil.
19:10 29.08.2026
Oxunuş sayı: 54