Mask OpenAI rəhbərliyini təhqir etdi
İlon Mask OpenAI rəhbərliyini sərt ifadələrlə tənqid edib.
Crossmedia.az xəbər verir ki, İlon Mask bu barədə sosial şəbəkədə paylaşım edib.
Mask OpenAI rəhbəri Sem Altman və Qreq Stokmanı etibarsız şəxslər adlandırıb. O, onları açıq mənbəli qeyri-kommersiya təşkilatını ələ keçirməkdə ittiham edib.
İlon Mask bu fikirlərini OpenAI-nin proqramlaşdırma alətləri hazırlayan “Cursor” şirkəti ilə əməkdaşlığı dayandırması barədə xəbərə münasibət bildirərkən yazıb.
16:40 29.08.2026
Oxunuş sayı: 55