Fransada meşə yanğınları 500 milyon avro zərər vurub
Fransada bu il bir neçə gün davam edən genişmiqyaslı yanğınların vurduğu maddi zərərin təxminən 500 milyon avro olduğu açıqlanıb.
Crossmedia.az xəbər verir ki, “France Assureurs” bu barədə yazılı açıqlama yayıb.
Bildirilib ki, iyul ayında başlayan və avqustun ortalarında söndürülən yanğınlar xüsusilə Fransanın cənub bölgələrinə ciddi təsir göstərib.
Yanğınlarla bağlı Jironda, Var və Landa departamentlərində 25 min zərər müraciəti qeydə alınıb.
Ümumi maddi zərərin isə təxminən 500 milyon avro təşkil etdiyi bildirilir.
15:40 29.08.2026
Oxunuş sayı: 51