Kiyev vilayətinə hücumda 1 nəfər öldü, 2 nəfər yaralandı
Rusiyanın Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bu barədə məlumat verib.
Məlumata görə, yaralananlardan biri Fastov rayonunda xəsarət alan qadın, digəri isə Buça rayonunda yaralanan kişidir.
Hücum nəticəsində Fastov, Borispol, Vışqorod, Brovarı və Buça rayonlarında mülki infrastruktura ziyan dəyib. İlkin məlumatlara görə, 14 anbar, 16 fərdi ev, üç çoxmənzilli bina və 16 avtomobil zədələnib.
17:09 28.08.2026
Oxunuş sayı: 40