Rusiya Çasov Yarı demək olar ki, tam ələ keçirib
Rusiya qüvvələrinin Donetsk vilayətinin Çasov Yar şəhərinə demək olar ki, tam nəzarət etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “Ukrayna hərbçiləri” və “Deep State” hərbi resursunun məlumatlarına istinadən “Politika Stranı” bu barədə məlumat yayıb.
Məlumata görə, şəhərin yalnız qərb kənarındakı kiçik ərazilər Ukraynanın nəzarətində qalıb. “Deep State”in xəritəsində həmin ərazilər “boz zona” kimi göstərilib.
Resursun məlumatına əsasən, şəhərin qərbində yerləşən Ukrayna mövqeləri demək olar ki, hər tərəfdən “boz zona” ilə əhatələnmiş vəziyyətdədir.
Bu ərazidə Krasnoye, Podolskoye və Nikolayevka kəndləri, həmçinin Stenki yaşayış məntəqəsinin yerləşdiyi bildirilir.
12:36 28.08.2026
Oxunuş sayı: 43