İsrail qırıcıları Livanda kəndi bombaladı
İsrail qırıcıları Livanın cənubundakı Nəbatiyə əl-Fauka kəndinə və Əli əl-Tahir dağ silsiləsi ərazisinə hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, “TRT World” bu barədə məlumat yayıb.
Məlumata görə, zərbələr Əli əl-Tahir yüksəklikləri və Nəbatiyə əl-Faukanın şimal ətrafındakı ərazilərə yönəlib. Bölgənin bəzi hissələri artilleriya atəşinə də tutulub.
İlkin məlumatlarda hücum nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib. Hadisənin nəticələri ilə bağlı araşdırma aparılır.
17:52 27.08.2026
Oxunuş sayı: 54