Rusiya Britaniyanı hədələdi - Hücum edə bilərik
Rusiya XİN sözçüsü Mariya Zaxarova Britaniyanın Storm Shadow qanadlı raketlərindən istifadəyə cavab olaraq Ukraynada və xaricində Britaniyaya məxsus hərbi obyektlərin hədəfə alına biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Zaxarova Britaniya hökumətinin bütün addımlarının Rusiyaya “strateji məğlubiyyət” yetirmək məqsədinə xidmət etdiyini iddia edib.
Onun sözlərinə görə, bu cəhd uğursuzluğa məhkumdur.
16:51 27.08.2026
Oxunuş sayı: 53