Rusiya: 267 Ukrayna PUA-sı vurulub
Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələri üzərində 267 Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyini və məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Məlumata görə, PUA-lar Belqorod, Bryansk, Kursk, Volqoqrad, Voronej, Lipetsk, Nijni Novqorod, Rostov, Samara, Saratov və Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Başqırdıstan və Krım üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyasında vurulub.
Rostov vilayətinin qubernatoru Yuri Slyusar isə gecə saatlarında regiona edilən hava hücumunun qarşısının alınması zamanı 70-dən çox PUA-nın məhv edildiyini bildirib.
14:32 27.08.2026
Oxunuş sayı: 42