Husilər Yəmənin strateji limanını raket atəşinə tutub
Husilər Yəmənin qərb sahilində yerləşən strateji əhəmiyyətli əl-Muxa limanına yenidən raket zərbəsi endirib.
Crossmedia.az xəbər verir ki, “Əl-Ərəbiyyə” telekanalı limana üç ballistik raket atıldığını bildirib.
Hücum nəticəsində ölən və yaralananların olub-olmadığı hələlik məlum deyil.
Məlumata görə, Qırmızı dəniz sahilində yerləşən əl-Muxa limanına təkrarlanan hücumlar nəticəsində Yəmənə təxminən 16 milyon dollar maddi ziyan dəyib.
Limanın Qırmızı dənizə çıxış baxımından strateji mövqeyə malik olması onu bölgədəki hərbi və iqtisadi qarşıdurmaların əsas hədəflərindən birinə çevirib.
12:12 27.08.2026
Oxunuş sayı: 58