İran atəşkəs zamanı yeni silahlar alıb
İran ABŞ-lə atəşkəs dövründə yeni silah və hərbi texnika aldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “Mehr” agentliyi bu barədə İran Ordusunun sözçüsü Məhəmməd Əkrəminiyaya istinadən məlumat yayıb.
Əkrəminiyanın sözlərinə görə, İran yeni hərbi texnikanın hazırlanması və alınması istiqamətində addımlar atıb və həmin texnika artıq ordu bölmələrinə çatdırılıb.
O, silahların hansı ölkədən alındığını və konkret olaraq hansı hərbi vasitələrin əldə edildiyini açıqlamayıb.
İranlı general bildirib ki, Tehran ABŞ-lə münaqişə zamanı zədələnmiş silah sistemlərinin bərpası üçün də atəşkəs dövründən istifadə edib.
17:53 26.08.2026
Oxunuş sayı: 41