Cəbhədə gözlənilməz görüş: Zelenski hərbçilərlə bir arada
Ukrayna Prezidenti Volodimir Zelenski və Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Mixail Drapatıy cəbhə xəttində döyüşən bölmələrə baş çəkiblər.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Telegram” kanalında məlumat yayıb.
Zelenski və Drapatıy Aleksandrovsk istiqamətində döyüş aparan hərbçilərlə görüşüblər. Görüş zamanı müdafiənin gücləndirilməsi məsələləri müzakirə olunub.
Zelenskinin sözlərinə görə, hərbçilər pilotsuz uçuş aparatları, uzaqmənzilli artilleriya və kiçik radar sistemlərinə ehtiyac olduğunu bildiriblər. Həmçinin briqadaların birbaşa maliyyələşdirilməsi, özbaşına hərbi hissəni tərk etmə halları (SOÇ), hərbçilərin hazırlığı və mükafatlandırılması məsələləri müzakirə edilib.
O, bütün müraciətlərin nəzərdən keçiriləcəyini və müdafiəçilərin imkanlarının maksimum gücləndirilməsinin vacib olduğunu qeyd edib. Görüş 80-ci Əlahiddə Desant-Hücum Qalisya Briqadasının hərbçiləri ilə keçirilib.
17:40 26.08.2026
Oxunuş sayı: 43