ABŞ-nin sanksiyalarına baxmayaraq Məhkəmə rəhbəri geri çəkilmir
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) rəhbəri Tomoko Akane ABŞ tərəfindən ona və digər qurum nümayəndələrinə qarşı tətbiq edilən fərdi sanksiyalara baxmayaraq, Vaşinqtonun təzyiqinə qarşı mübarizə aparacağını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Tomoko Akane ABŞ-nin ona qarşı sanksiya tətbiq etmək üçün heç bir əsasının olmadığını deyib.
O, Yaponiya da daxil olmaqla BCM-yə üzv dövlətləri Məhkəməyə dəstək verməyə çağırıb. Akane BCM-nin ləğv edilməməli olduğunu vurğulayıb.
16:53 26.08.2026
Oxunuş sayı: 45