Ramzan Kadırovun oğlu yeni medalla təltif edilib
Çeçenistan rəhbəri Ramzan Kadırovun 18 yaşlı oğlu Adam Kadırov Abxaziyanın Müdafiə Nazirliyi tərəfindən “Döyüş əməkdaşlığına görə” medalı ilə təltif edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat yayıb.
Kadırovun sözlərinə görə, Adam Kadırov bu mükafata yüksək səviyyəli qarşılıqlı fəaliyyət və əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi töhfəyə görə layiq görülüb.
Adam Kadırov daha əvvəl də müxtəlif dövlət və regional qurumların medalları və fəxri adları ilə təltif edilib. Onun yeni mükafatının Abxaziyanın Müdafiə Nazirliyi tərəfindən təqdim edildiyi bildirilir.
14:55 26.08.2026
Oxunuş sayı: 48