Qazaxıstanda 2027-ci il üçün inflyasiya proqnozu 9,5 faizə yüksəldilib
Qazaxıstanda 2027-ci ildə inflyasiyanın 9,5 faizə qədər yüksələ biləcəyi proqnozlaşdırılır.
Crossmedia.az xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Serik Jumangarin ölkənin sosial-iqtisadi inkişaf proqnozunu təqdim edərkən bildirib.
Nazirin sözlərinə görə, 2028 və 2029-cu illər üçün inflyasiya dəhlizi 6-8 faiz səviyyəsində müəyyənləşdirilib.
Yeni proqnoz əvvəlki gözləntilərlə müqayisədə daha yüksəkdir. Əvvəlki proqnozda 2027-ci il üçün inflyasiyanın 5,5-7,5 faiz, 2028-ci il üçün isə 5-7 faiz olacağı gözlənilirdi.
Qazaxıstan iqtisadiyyatının 2027-ci ildə 5,3 faiz böyüyəcəyi və ümumi daxili məhsulun təxminən 200 trilyon tengeyə, yəni 436 milyard dollara çatacağı proqnozlaşdırılır.
10:20 25.08.2026
Oxunuş sayı: 44