Norveç Ukraynaya 9,2 milyard dollar ayıracaq
Norveç 2027-ci maliyyə ilində Ukraynaya 85 milyard Norveç kronu, yəni təxminən 9,2 milyard dollar həcmində maliyyə dəstəyi göstərməyi planlaşdırır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Norveç hökuməti məlumat yayıb.
Norveç Baş naziri Yonas Qar Störe bildirib ki, vəsait həm hərbi, həm də humanitar məqsədlərə yönəldiləcək. Paket çərçivəsində 70 milyard kronun hərbi dəstəyə, 15 milyard kronun isə mülki yardıma ayrılması nəzərdə tutulur.
19:38 24.08.2026
Oxunuş sayı: 52