İranda 3,4 bal gücündə zəlzələ baş verib
İranın Mazandaran əyalətində 3,4 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, “IRIB News” bu barədə məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Pol-e Sefid şəhərində, 8 kilometr dərinlikdə baş verib.
Hazırda zəlzələ nəticəsində dağıntıların və insan itkisinin olub-olmaması barədə məlumat yoxdur.
17:01 24.08.2026
Oxunuş sayı: 48