İranda dollar 200 min tüməni keçərək rekord həddə çatıb
ABŞ dollarının məzənnəsi İranda sərbəst valyuta bazarında ilk dəfə 200 min tümən həddini keçərək milli valyutanın yeni tarixi minimumunu qeydə alıb.
Crossmedia.az xəbər verir ki, “Yeni Şafak” bu barədə məlumat yayıb.
Məlumata görə, 1 ABŞ dollarının məzənnəsi 200 min tüməni, yəni 2 milyon İran rialını ötüb.
Bununla yanaşı, İran hökumətinin müəyyən etdiyi rəsmi məzənnə sərbəst bazardakı göstəricidən xeyli aşağıdır. Rəsmi məzənnə təxminən 160 min tümən təşkil edir.
Sərbəst bazarda dolların məzənnəsi avqustun 23-də 2 milyon rial səviyyəsini keçib. Bazar məlumatlarında gün ərzində məzənnənin 2,01 milyon riala qədər yüksəldiyi göstərilir.
İranda 1 tümən 10 riala bərabərdir.
19:49 23.08.2026
Oxunuş sayı: 60