Zelenski: Müharibə vaxtı seçkilərin keçirilməsi Ukraynanı parçalaya bilər
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə şəraitində seçkilərin keçirilməsinin ölkənin parçalanmasına səbəb ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “The Guardian” bu barədə məlumat yayıb. Zelenski Rusiyanın ballistik raket ehtiyatlarını artırdığı və əlavə 300 min hərbçini səfərbər edib-etməmək məsələsini nəzərdən keçirdiyi bir vaxtda seçkilərin keçirilməsinin Ukrayna üçün ciddi risklər yaradacağını deyib.Ukrayna lideri bu fikirləri istefaya göndərilmiş keçmiş müdafiə naziri Mixail Fedorovun seçkilərin keçirilməsi ilə bağlı tələbinə cavab olaraq səsləndirib. Zelenski Rusiyanın atəşkəsdə maraqlı görünmədiyi bir şəraitdə seçkilərin keçirilməsinin praktiki olmadığını bildirib.
“Əgər ölkəni məhv etmək istəyiriksə, belə bir müharibə zamanı seçkilərə gedə bilərik. Mən hesab edirəm ki, hazırda seçkilər dövlət üçün Ukraynanı parçalayacaq sunamidir”, - deyə Zelenski bildirib.
O, əsas məqsədinin müharibəni başa çatdırmaq və Ukraynanı müstəqil dövlət kimi qorumaq olduğunu vurğulayıb.
17:45 23.08.2026
Oxunuş sayı: 59