İrəvanda Aİ nümayəndəliyi qarşısında siyasi məhbusların azadlığı tələb edildi
İrəvanda Avropa İttifaqının nümayəndəliyi qarşısında siyasi məhbusların azad olunması tələbi ilə etiraz aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Aksiya iştirakçıları Aİ ölkələrini Ermənistanda vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı problemlərə diqqət yetirməyə çağırıblar.
“Mater Ermənistan” hərəkatının üzvü Manuk Sukiasyan bildirib ki, Ermənistanda həbs qətimkan tədbirindən istifadənin geniş yayılması problemə çevrilib.
Onun sözlərinə görə, hazırda Areqnaz Manukyan, Andranik Tevanyan, Armen Aşotyan, Qagik Tsarukyan, Avetik Çalabyan, Artur Sarkisyan və digər Ermənistan vətəndaşları həbsdədir.
Aksiya iştirakçıları Areqnaz Manukyanın qızının doğum günü münasibətilə onun şərəfinə tort da gətiriblər.
12:58 19.08.2026
Oxunuş sayı: 51