Husilər Səudiyyə Ərəbistanındakı “Aramco” neft emal zavodunu PUA-larla vurdub
Yəməndəki husilər Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən “Saudi Aramco” neft emalı zavoduna PUA hücumu həyata keçirdiklərini iddia ediblər.
Crossmedia.az xəbər verir ki, husilərin nəzarətində olan “SABA” agentliyi bu barədə məlumat yayıb.
Husilərin hərbi mənbəsinin sözlərinə görə, hücum iki PUA ilə həyata keçirilib və zərbələrin hədəfə dəydiyi iddia olunur.
Husilər hücumu Səudiyyə Ərəbistanının Yəmənin Səada və Həccə əyalətlərində hava məkanını və suverenliyini pozması ilə əsaslandırıblar.
Səudiyyə Ərəbistanı tərəfi isə hücumla bağlı dərhal rəsmi açıqlama verməyib. “Reuters” də husilərin hücum iddiasını təsdiqləyən Səudiyyə açıqlamasının olmadığını bildirib.
Qeyd edək ki, Cizan bölgəsindəki “Aramco” obyekti son həftələrdə husilərin hücum iddialarının hədəfinə çevrilib.
13:02 18.08.2026
Oxunuş sayı: 53