Avropada Rusiya ilə dialoq tərəfdarları artır
Avropada Rusiya ilə dialoqun bərpasını dəstəkləyən siyasətçilərin sayının artdığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Qərb diplomatik dairələrindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, son aylarda Avropada Moskva ilə dialoqa münasibət dəyişib. O bildirib ki, əvvəllər Rusiya ilə danışıqlara çağırış edən siyasətçilər ciddi siyasi təzyiqlə üzləşirdisə, indi getdikcə daha çox avropalı siyasətçi Moskva ilə dialoqun vacibliyini düşünür.
Diplomat hazırda əlaqələrin əsasən qeyri-rəsmi səviyyədə aparıldığını, lakin “danışıqlar mühitinin həqiqətən dəyişdiyini” qeyd edib.
Mənbə əlavə edib ki, Avropa ölkələri dünya siyasətində yenidən “əhəmiyyətli oyunçuya çevrilmək” istəyirlərsə, ABŞ-nin mövqeyindən asılı qala bilməzlər və Moskva ilə dialoq kanallarını müstəqil şəkildə inkişaf etdirməlidirlər.
12:54 18.08.2026
Oxunuş sayı: 48