CROSSMEDIA - Analitik İnformasiya Portalı

Bütün xəbərlər

01:00 25.05.2025

HƏMAS etirafı: “İsrail hərbi yolla məqsədinə çata bilmədi”

357

İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbəri olduğu Likud Partiyasının deputatı Amit Haləvi, İsrailin Qəzzaya qarşı hücumlarında HƏMAS-ı hərbi yolla məğlub edə bilmədiyini etiraf edib. Crossmedia.az İsrail mətbuatına istinadən xəbər verir ki, Haləvi hökumətin 20 aydır bu müharibəni plansız şəkildə apardığını bildirib. Qəzzaya edilən hücumlar nəticəsində təxminən 54 min mülki şəxsin həyatını itirdiyi vurğulanarkən, Halevi hökumətin uğursuz siyasətini sərt sözlərlə tənqid edib: “Bu, aldadıcı müharibədir. Bizə müharibənin uğurları barədə yalan danışıblar.” İsrail parlamenti Knessetdə Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvü olan Haləvi, ehtiyatda olan əsgərlərin xidmət müddətinin uzadılmasına dair qərarda müxalifəti dəstəklədiyi üçün komitədən uzaqlaşdırılıb. O, Yedioth Ahronoth qəzetinə verdiyi müsahibədə bildirib ki, hökumət və ordu ilə bağlı verdiyi suallara qeyri-müəyyən cavablar aldığına görə vəzifəsindən çıxarılıb. Haləvi açıqlamasında deyib: “İsrail HƏMAS-ı məğlub edə bilmir. Düşmənlərimizlə aramızda izaholunmaz bir uçurum var. Keçmiş müharibələrdə böyük düşmənlərimizi necə məğlub edəcəyimizi bilirdik, amma indi HƏMAS-a qalib gələ bilmirik. Artıq hərbi deyil, siyasi terminlərlə çöküş, dağılma, zərər kimi sözlərlə danışırıq. Amma ‘məğlubiyyət’ və ya ‘təslim olma’ demirik”. Haləvi müdafiə naziri Yisrael Katz ilə də bu məsələ üzündən qarşıdurma yaşayıb. Mədinə Cəlilova

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR