Ukrayna Liman istiqamətində 88 kvadratkilometr ərazini geri alıb
Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusu “Vivaldi” əməliyyatı çərçivəsində Liman istiqamətində təxminən 88 kvadratkilometr ərazinin geri alındığını bildirib.
Crossmedia.az xəbər verir ki, DeepState layihəsi Zelena Dolına, Lipove və Kolodyazı yaşayış məntəqələrinin azad edildiyini təsdiqləyib.
Məlumata görə, əldə olunan irəliləyiş bir neçə ay davam edən əks-hücum əməliyyatının nəticəsidir. Ukrayna qüvvələri Limanın şimalında Rusiya ordusunun yaratdığı çıxıntını geri sıxışdırıb. Müxtəlif mənbələrin hesablamalarına əsasən, geri qaytarılan ərazilərin ümumi sahəsi 125–250 kvadratkilometr arasında dəyişir.
Əməliyyatın Rusiya qüvvələrinin strateji əhəmiyyət daşıyan Slovyansk–Kramatorsk istiqamətinə şimaldan irəliləmək imkanlarını məhdudlaşdırdığı bildirilir.
11:41 14.10.2026
Oxunuş sayı: 52