Laos Prezidenti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Laos Prezidenti Thonqlun Sisulit Azərbaycana səfəri çərçivəsində "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə Crossmedia.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Qonağa ASAN-ın intellektual məhsul kimi ixracı istiqamətində 50-dən çox ölkə ilə əməkdaşlıq edildiyi diqqətə çatdırılıb.
Laos Prezidenti "ASAN xidmət"in fəaliyyətindən təsirləndiyini, onun innovativ və vətəndaş məmnunluğuna əsaslanan xidmət modelini yüksək qiymətləndirdiyini vurğulayıb. O, ASAN təcrübəsinin öyrənilməsi və ölkəsində tətbiqi imkanlarının araşdırılması ilə bağlı müvafiq göstəriş verəcəyini bildirib.
Qonaq "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidməti və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.
12:27 14.10.2026
Oxunuş sayı: 55