Səudiyyə Ərəbistanına raket və PUA yağışı – Paytaxt hədəfdə
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad və Əl-Xərc şəhərlərinin raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücuma məruz qaldığı barədə məlumatlar yayılıb.
Crossmedia.az xəbər verir ki, yayılan ilkin məlumatlarda hücumların Yəmən ərazisindən həyata keçirildiyi iddia olunur.
Hadisə ilə bağlı dağıntılar, mümkün insan tələfatı və hücumların nəticələri barədə hələlik dəqiq məlumat yoxdur.
Son məlumatlara görə, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyad və Əl-Xərc istiqamətində raketləri zərərsizləşdirib. Ər-Riyadda vurulan iki qanadlı raketin qəlpələrinin yaşayış evlərinə düşməsi nəticəsində 4 nəfər yaralanıb, təxminən 15 evə ziyan dəyib.
Həmçinin paytaxtın şimalında üç PUA-nın məhv edildiyi açıqlanıb.
Hadisələr Səudiyyə Ərəbistanı ilə Yəməndəki husi qüvvələri arasında hərbi qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edir.
11:09 14.10.2026
Oxunuş sayı: 56