Dünya çempionatı: Azərbaycan millisi bu gün BƏƏ ilə oynayacaq
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında növbəti oyununa bu gün çıxacaq.
Crossmedia.az-a xəbər verir ki, yığma BƏƏ seçməsi ilə qarşılaşacaq.
Matç Mali Loşin şəhərində, Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.
Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib - 4:2. Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.
10:58 14.10.2026
Oxunuş sayı: 55