Hörmüz boğazında neft tankerinə PUA hücumu – Gərginlik artır
Hörmüz boğazında hərəkət edən neft tankeri naməlum pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, neft tankerinə hücum Hörmüz boğazında qeydə alınıb. İlkin məlumatlara əsasən, hücum naməlum pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.
Hadisə nəticəsində gəminin zədələnib-zədələnmədiyi, heyət üzvlərinin vəziyyəti və mümkün itkilər barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi də məlum deyil.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarəti baxımından strateji əhəmiyyətə malik əsas dəniz marşrutlarından biridir.
12:32 14.10.2026
Oxunuş sayı: 51