Çexiya nəşrindən “Slaviya”ya sual: Avropa elitasına layiqdirmi?
Azərbaycanın "Sabah" futbol klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda Praqanın "Slaviya" komandası üzərində 2:0 hesabı ilə qələbəsi Çexiya mediasında geniş rezonans doğurub.
Crossmedia.az-a xəbər verir ki, Çexiya nəşrləri hazırkı çempionlarının məğlubiyyətini fiasko adlandırıb və praqalıların turnirdə uzun illərdir davam edən qələbəsizlik seriyasına son qoya bilməməsinə diqqət çəkiblər.
Çexiyanın ən böyük xəbər nəşrlərindən biri olan "Seznam Zprávy" "Slaviya"nın Avropa futbol elitası səviyyəsinə uyğunluğunu şübhə altına alıb.
"Slaviya" Azərbaycanda məğlub oldu. Komanda böyük ümidlər bəslədiyi oyunu bərbad keçirdi. O, nəyə qadir olduğunu daha nə vaxt göstərə bilərdi?" - məqalədə bildirilib.
Qeyd edilib ki, praqalılar Çempionlar Liqasında sonuncu qələbələrini hələ 2007-ci ilin sentyabrında qazanıblar və bundan sonra uzun illər ərzində bu nəticəni təkrarlamağa cəhd ediblər.
Digər böyük çex xəbər portalı "iDNES.cz" görüşün nəticəsini "Çexiya çempionunun Bakıdakı fiyaskosu" kimi xarakterizə edib.
10:49 14.10.2026
Oxunuş sayı: 56