NASA-nın X-59 adlı səssiz səsdən sürətli tədqiqat təyyarəsi ilk dəfə Kaliforniya, Palmdaledəki Lockheed Martinin Skunk Works müəssisəsində öz mühərrikini işə salıb. Bu mühərrik işə salma testləri ilkin olaraq aşağı gücdə başlayır və X-59 komandasına təyyarənin sistemlərinin öz mühərriki ilə işlədikdə düzgün fəaliyyət göstərdiyini təsdiqləməyə imkan verir. X-59, NASA-nın Quesst missiyasının mərkəzində dayanaraq səs partlayışlarını daha sakit etmək və beləliklə, quruda səsdən sürətli uçuşun əsas maneəsini aradan qaldırmağı hədəfləyir.
Bu motor testləri 30 oktyabrda başlayıb. İlk mərhələdə X-59 mühərrikə aşağı sürətlə yanacaq verərək, sistemlərin düzgün işlədiyindən və sızma olmadığından əmin olublar. Əvvəlki testlərdə X-59 xarici enerji mənbələrindən istifadə edirdi, lakin bu dəfə artıq öz mühərriki işə salınıb. Təyyarənin tam təchiz olunmuş vəziyyətdə uğurlu sınaqdan keçməsi üçün bu mərhələli testlər davam edir.
NASA-nın X-59 üçün baş mühəndisi Cey Brandon ilk motor testlərini "hər şeyin qaydasında olduğunu görmək üçün istiləşmə mərhələsi" kimi xarakterizə edir. Daha sonra təyyarənin mühərriki tam işləmə moduna keçirilib və digər sistemlər - hidravlika, elektrik sistemi, ətraf mühitə nəzarət və s. də test edilib.
X-59 uçuş zamanı səs partlayışı əvəzinə daha sakit bir "vuruş" səsi yaradacaq. Bu testlər təyyarənin quruda səsdən sürətli uçuşun mümkünlüyünü sınaqdan keçirəcək və bu məlumatların gələcəkdə müvafiq qaydaların dəyişdirilməsində istifadə edilə biləcəyi nəzərdə tutulur. Modifikasiya edilmiş F414-GE-100 mühərriki 22,000 funt itmə qüvvəsi yaradır ki, bu da təyyarənin təxminən 55,000 fut hündürlükdə və 1.4 Mach sürətlə uçmasını təmin edəcək.
Hazırda təyyarənin ilk uçuşunun 2025-ci ilin əvvəllərində baş tutması planlaşdırılır. Hələlik X-59 komandasının qarşısında yer testlərini keçmək və bütün texniki məsələləri həll etmək tapşırığı dayanır. Bu testlərdən sonra daha dəqiq bir uçuş tarixi elan ediləcək.
NASA-nın köməkçi mühərrik rəhbəri Pol Dis bu sınaqların onun karyerasının zirvəsi olduğunu qeyd edərək, bu mərhələni "illərlə davam edən komanda işinin təsdiqi kimi" səciyyələndirib. Mühərrik testlərindən sonra komanda təyyarənin yerüstü taksi testlərinə keçərək, ilk uçuş öncəsi son hazırlıqları həyata keçirəcək.
Sevinc Abuşova