Məhsul çeşidini genişləndirmək məqsədilə çalışmalarını davam etdirən "vivo", yaxın zamanda gözlənilən "S20" seriyasını təqdim edəcək. Bu seriya ilə bağlı indiyə qədər bir çox məlumat sızıb və son olaraq daha bir yenilik üzə çıxıb. "vivo S20" performans testində görünüb.
Yaxınlaşan "vivo S20" "Geekbench" məlumat bazasında ortaya çıxıb. Telefon tək nüvəli testlərdə 1.222, çox nüvəli testlərdə isə 3.417 bal toplamağı bacarıb. Bu nəticələr bəzi texniki xüsusiyyətləri təsdiqləyib.
Telefon "Qualcomm Snapdragon 7 Gen 3" çipseti ilə təchiz olunub. 4 nm texnoloji proseslə istehsal olunan bu prosessor; 1x 2.63 GHz "ARM Cortex-A715", 3x 2.4 GHz "ARM Cortex-A715" və 4x 1.8 GHz "ARM Cortex-A510" nüvələri ilə yanaşı, "Adreno 720" qrafik prosessorunu özündə birləşdirir.
"Geekbench" məlumat bazasına görə cihazda 16 GB RAM mövcuddur. Mənbələr isə 8 GB və 12 GB RAM seçimlərinin də olacağını bildirir. Bundan əlavə, 128 GB-dan başlayaraq 1 TB-a qədər yaddaş variantları təqdim ediləcək.
Cihaz qutudan çıxan kimi "Android 15" əməliyyat sistemi ilə işləyəcək. O, 6.67 düym ölçüdə, 1.5K çözünürlüklü "AMOLED" ekranla təchiz olunacaq. Arxa tərəfdə 50 MP əsas və 8 MP ultra geniş bucaqlı sensorlar, ön tərəfdə isə 50 MP selfi kamerası yer alacaq.
90W sürətli şarj dəstəkləyən 6.500 mAh tutumlu batareya ilə təchiz edilən bu ağıllı telefonun seriyanın digər modeli ilə birlikdə 28 noyabr tarixində təqdim olunacağı gözlənilir.
Sevinc Abuşova